"Neftçi" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyununda Avstriya "Rapid"ini 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra "CBC Sport"a açıqlamasında görüşü dəyərləndirib:
"Son saniyələrdə buraxdığımız qola üzüldük. Bununla belə, qələbə qazandıq. Səmimi olmaq lazımdır, rəqibin də qol epizodları vardı. Qollardan başqa, azı üç yüzfaizli imkanımız da oldu. Nəticə və oyundan razıyam. Cavab oyununa bir həftə vaxtımız var. Həmin görüşə daha yaxşı hazırlaşacağıq".
Qeyd edək ki, "Neftçi" ilə "Rapid" arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.
Mirağa