Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, avstriyalı mütəxəssis matçdan sonra təşkil olunan ənənəvi mətbuat konfransında bunları deyib:
"Oyundan öncə "Neftçi"ni sıxışdırmaq istəyirdik. Ancaq gördük ki, bu alınmır. "Neftçi" hər addımda bizim planlarımızı pozurdu. Məğlubiyyətin bizə pis təsir etdiyini deməzdim. 1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar.
"Neftçi"nin heyətində kimi fərqləndirə bilərəm? Eddi İsrafilovun adını çəkə bilərəm. O, fərdi planda fərqlənən futbolçudur. Biz isə təhlükəli oyunumuzu Vyanada göstərəcəyik".
Qeyd edək ki, cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.