Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstan “Ferentavaroş”u UEFA tərəfindən cəzaya məruz qalıb.
Fanat.Az xəbər verir ki, buna Budapeşt klubunun azarkeşlərinin ÇL-in II təsnifat mərhələsində “Slovan”a qarşı oyunda irqçi davranışları səbəb olub.
Avropa futbol qurumu “Ferentsvaroş”a 15 min avro cərimə kəsib. Bundan əlavə, avqustun 9-da “Qarabağ”la keçiriləcək oyunda “Ferentavaroş” üzərində UEFA loqosu olan #NoToRacism yazısı olan pankart yerləşdirməlidir və Budapeşt stadionu azarkeşlər üçün qismən bağlı olacaq.
Həmçinin UEFA yenə də irqçi davranışa görə macarlara komandanın avrokuboklarda növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmağı qadağan edib.
“Ferentsvaroş” azarkeşlərin atəşfəşanlıqdan istifadəsinə, sahəyə yad əşyalar atmasına, təhqiredici xarakterli təxribatçı qışqırıqlarına görə daha 50 min avro cəzalandırılıb. 30 gün ərzində macarlar Slovakiyadakı stadionda sınmış 20 oturacaq üçün "Slovan"a dəymiş ziyanı ödəməli olacaqlar.
Qeyd edək ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferensvaros” arasında oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.