Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, yığma B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.
Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.
Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanla, 2 gün sonra isə İranla üz-üzə gələcək.