10:59 08.08.2022 1932

"Səfərə çox böyük inamla və çəkinmədən gedirik" - Qurban Qurbanov

"Səfərə çox böyük inamla və çəkinmədən gedirik".

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis son dəqiqəyədək yaxşı oyun üçün mabarizə aparmağa çalışacaqlarını bildirib: "Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey səfərdə həll olunmalıdır. Vaxtımız az olsa da, matça hazırlığımız pis getməyib. Futbolçularıma inanıram. Çox yaxşı oyun göstərmək niyyətindəyik".

Qurbanov rəqibin həm hücum, həm də müdafiə potensialının yaxşı olduğunu vurğulayıb: "Hər mövqedə bacarıqlı oyunçuları var. Onları daha yaxından tanıdığımız üçün rahatıq. Bu bizə bir az rahatlıq verə bilər. Amma matçın gedişində gərgin oyun alına bilər. Biz Bakıdakı görüşdə də bir-birimizə oynamaq üçün imkan vermirdik. Düşünürəm ki, Macarıstanda çox hərəkətli qarşılaşma baş tutacaq".

Təcrübəli baş məşqçi hələlik yarımmüdafiə xəttində kimin oynayacağına tam qərar vermədiyini söyləyib: "Oyunçuların sabahkı durumlarına da baxacağıq. Bu gün axşam orada yüngül məşqimiz olacaq. Oyunadək qərar verəcəyik. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik".

Mütəxəssis penaltilərə xüsusi vaxt ayırmadıqlarını diqqətə çatdırıb: "Amma il boyu bunun üçün hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun".

Qurbanov hər mövqedə etibarlı çıxış etmək istədiklərini deyib: "Hər bir komandanın müdafiəsində açıq zonalar olur. Biz daim buna diqqət yetiririk və boşluqları aradan qaldırmağa çalışırıq. Sabah mütləq yaxşı mübarizə aparmalıyıq. Son saniyələrədək bunu bacarmalıyıq. Rəqib azarkeşlərinin önündə oynadığı üçün bir az üstünlüyə malik ola bilər".

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

Facebookdan bizi izləməyi unutmayın.
X