"Ferenstvaroş"un futbolçusu Balint Veçey Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Ağdam klubununun hücumçularını xüsusi fərqləndirib: "Çox güclü komanda ilə qarşılaşacağıq. Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik.
Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir".
Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.