"Ferentsvaroş"un prezidenti Qabor Kubatov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışıb.
Fanat.Az xəbər verir ki, Kubatov matçın ağır keçəcəyini düşündüyünü söyləyib:
"Duel iki qarşılaşmadan ibarətdir. "Slovan"la görüşdə də bir dəqiqə belə, ruhdan düşmədik və nəticə qazandıq.
Ağır oyun olacağını bilirik. Futbolçularımız da matçın əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır".
Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyun 1:1 hesablə bərabərliklə bitib.