“Qarabağ"ın prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə yollanıb.
Fanat.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Ferentsvaroş"la cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək.
Klubun mətbuat xidməti başqanın qarşılaşmanı stadiondan izləyəcəyini bildirib.
Avqustun 9-da Budapeştdəki "Groupama Arena"da baş tutacaq "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Tərəflər Bakıdakı ilk oyunda 1:1 hesablı heç-heçə ediblər.