Azərbaycan cüdoçusu Turan Bayramov Ekvadorun Quayakil şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, oğlanların 60 kiloqram çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda fransalı Roman Valadye Pikarla üz-üzə gəlib. Rəqibinə "ippon"la uduzan Bayramov beşinci yerlə kifayətlənib.
***
Ekvadorun Quayakil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxıb. Oğlanların 60 kiloqram çəki dərəcəsində yer alan Turan Bayramov mübarizəyə 1/16 finaldan qoşulub. O, ilk görüşündə yunanıstanlı Adam Anastasopulosu, ardınca botsvanalı Tumiso Phuthegonu yenərək 1/4 finala adlayıb. Lakin bu mərhələdə braziliyalı Mişel Aqusto cüdoçumuz üçün keçilməz olub.
Təsəlliverici görüşə qatılan Bayramov İsraildən olan Yan Volçakla üz-üzə gəlib. Rəqibini "ippon"la yenən Turan bürünc medal uğrunda həlledici duelə vəsiqə qazanıb. Burada onun rəqibi Roman Valadye Pikard (Fransa) olacaq.
Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı və dörd gün davam edəcək mundialda ölkəmizi 8 idmançı təmsil edəcək. Azərbaycan idmançıları 6 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.
***
Bu gün Ekvadorun Quayakil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, mundialln ilk günündə Azərbaycanın bir təmsilçisi tatami üzərinə çıxacaq. Oğlanların 60 kiloqram çəki dərəcəsində yer alan Turan Bayramov mübarizəyə 1/16 finaldan qoşulacaq. O, ilk görüşünü yunanıstanlı Adam Anastasopulosa qarşı keçirəcək.
Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.