17:06 10.08.2022 3368

\"Vadjinin uzun ayaqları, Zubirlə Kadinin driblinqləri...\" - Aslan Kərimov 

Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş"u üstələyən "Qarabağ" pley-off mərhələsinə yüksəlib. "Köhlən atlar" qitənin ən nüfuzlu turnirinin qrupuna adlamaq üçün mübarizədə Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında dünənki oyun və "Viktoriya" barədə fikirlərini bölüşüb:

"Öncə onu deyim ki, "Qarabağ" "Ferentsvaroş"la Budapeştdə möhtəşəm oyun sərgilədi. Azarkeşlərin ruhunu, zövqünü oxşayan bir qarşılaşmaya şahid olduq. Oyunun ilk 40-41 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçdi. Əslində, gözlənilirdi ki, "Ferentsvaroş" hücumda böyük təzyiqlə, basqı ilə oynayacaq. "Qarabağ" da ilk dəqiqələrdən rəqibi öz yarımmeydanında qarşılamaq, pressinq tətbiq etmək taktikası seçmişdi. Bu da öz bəhrəsini verdi. Hələ qola qədər iki əlverişli epizodu boşa vermişdik. Hesabı tez açmağımız komandaya çox kömək oldu. Oyunun qırılma nöqtəsi 1:0 irəlidə olarkən Şahruddin Məhəmmədəliyevin ilk hissədəki qurtarışı oldu. İki belə qurtarışdan biri ümumiyyətlə, möhtəşəm idi. O epizod qolla nəticələnsəydi, "Qarabağ"a çətin olacaqdı. 

"Qarabağ" komanda şəklində möhtəşəm idi. Amma mən Şahruddinlə yanaşı, bəlkə də bu mövsüm ən yaxşı oyununu keçirən Abdullah Zubirlə İbrahima Vadjini qeyd edə bilərəm. Artıq 2:0-dan sonra oyunun taleyi həll olundu. Üçüncü qolumuz isə dərsliklərə yazılası idi. Rəqibin təzyiqindən məharətlə çıxıb baxımlı qola imza atdıq. Bu, təcrübəli və ustalıq səviyyəsi yüksək olan futbolçuların ifasında düşünülmüş kombinasiya idi. 

"Viktoriya" tanış rəqibdir. Dövrləri müqayisə etmək, hansı komandanın daha çox gücləndiyini demək istəməzdim. Amma həmin duelin texniki gedişatını yada salsaq, "Qarabağ" 2016-cı ildəki görüşlərdə rəqibindən üstün oyun sərgiləmişdi. Komandamız 90 dəqiqə ərzində rəqibin qapısının ağzında oturmuşdu. Xatırlayıram, hələ ilk dəqiqələrdə demək olar boş qapını nişan ala bilməmişdik. Qapıdan azca yan keçən zərbələr var idi. Son dəqiqələrdə isə texniki səhvdən sonra hava topundan qol buraxdıq və çexiyalılar səfər qolunun (0:0, 1:1) hesabına mərhələ adladı. Belədə, "Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı. O dövrdə də rəqibdən güclü idik. Hesab edirəm ki, indi daha güclü təsir bağışlayırıq. 

Sözsüz ki, oyun asan keçməyəcək. Rəqib bura qədər gəlib çıxıbsa, ehtiyatlanmalıyıq. Standart vəziyyətlərdə və hava toplarında çox təhlükəlidirlər. Amma Çexiya çempionunu "Qarabağ" üçün münasib rəqib hesab edirəm. Vadjinin uzun ayaqları, Zubirlə Kadinin driblinqləri sayəsində "Viktoriya"ya qol və ya qollar vuracağımıza əminəm. Hesab edirəm ki, rəqib "ikinci skripka" kimi çıxış edəcək. Çünki "Lex", "Sürix" və "Ferentsvaroş" kimi klubları üstələdiyimizi görüblər. Rəqibin ehtiyatlı oyunu isə "Qarabağ"ın işinə bir qədər də yarayacaq. Təmsilşimizin iki oyunun nəticəsinə görə ÇL-in qrupuna adlayacağına inanıram".

Qeyd edək ki, "Qarabağ"la "Viktoriya"nın ilk görüşü avqustun 17-də Bakıda oynanılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də start götürəcək. Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

17:08

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəlir - YENİLƏNİR

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

Facebookdan bizi izləməyi unutmayın.
X