3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına uğurlu start verib.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan millimizin ilk rəqibi Mali seçməsi olub. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma görüşə fəal başlayıb və yekunda 18:15 hesablı qələbə qazanıb.
Qeyd edək ki, seçməmizin qrupdakı növbəti rəqibi Türkiyə millisi olacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.