"Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen, Çexiya) arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem aradan qaldırılıb.
Bu barədə Fanat.Az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib: "Saytda müəyyən çətinlik var, onu aradan qaldırmaq istiqamətində iş gedir. Bununla belə, mobil tətbiq vasitəsilə, həmçinin, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından bilet əldə etmək mümkündür".
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Mirağa