Türkiyənin Konya şəhərində V İslamiada keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan millisi (U-23) turnirin yarımfinalında Türkiyə yığması ilə qarşılaşıb.
Samir Əliyevin yetirmələri 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, seçməmiz daha öncə Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə məğlub olmuş, İranı darmadağın etmiş (3:0) və Mərakeşlə heç-heçəyə (2:2) razılaşmışdı.
Nihat