Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Daha əvvəl Türkiyəni yenən millimiz qrupu lideri olaraq 1/4 finala vəsiqə qazanıb.
Yığmamız bu mərhələdə Qətərlə üz-üzə gələcək.