3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün 1/4 final görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, Tatyana Deniskina, Dina Ulyanova, Renara Tiffani Hayes, Aleksandra Mollenhauerdən ibarət kollektv yarımfinala vəsiqə uğrunda Qətər yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu cütün qalibi yarımfinalda Özbəkistan - İran cütünün güclüsü ilə oynayacaq.