UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun məşqçisi Pavel Horvat təmsilçimizlə oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis belə danışıb:
"Qarabağ" bizim üçün xoşagəlməz rəqibdir. Onlar topu özlərində çox saxlayır, itirdikdən sonra güclü pressinq edərək geri almağa can atırlar. Deyərdim ki, ev matçlarında daha cəsarətlidirlər və rəqib müdafiəçilərini təzyiqdə saxlayırlar. Bu komanda topu ələ keçirən zaman çox təhlükəli və məhsuldar olur. Mümkün qədər az səhv etməli və onları keçməyə çalışmalıyıq".
Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.