Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Yan Kopits Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yüngül zədədən əziyyət çəkdiyini bildirib:
"6 il öncə burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq. Amma bunun mənə hər hansı çətinlik yaradacağını düşünmürəm.
Rəqibin oyun üslubu dəyişməyib. Hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik.
Bilirik ki, üzərimizdə basqı olacaq. Lakin biz qalib gəlib, mərhələ adlamaq istəyirik. O vaxt şans nəticəsində qələbə qazanmışdıq. Sabah isə şansa bel bağlamaq niyyətində deyilik. Öz oyunumuzla uğur qazanmaq fikrindəyik".
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.