Qazaxıstan yığmasının yarımmüdafiəçisi Vladislav Vasilyev Millətlər Liqasında Azərbaycan millisi ilə gələn ay keçiriləcək oyunla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Tobol" klubunun üzvü "Kazfootball.kz"a belə deyib:
“Gələn ay Belarus və Azərbaycanla qarşılaşacağıq ki, bu matçlardan çox böyük gözləntilər var. Bu da başadüşüləndir - hər ikisi məsul oyundur. Necə deyərlər, hər şey öz əlimizdədir. Qələbə qazanmaq, tarix yazmağa davam etmək və beləliklə, Millətlər Liqasının yarımfinalına yüksəlmək lazımdır".
Qeyd edək ki, Qazaxıstan millisi Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Belarusla, üç gün sonra isə Azərbaycanla qarşılaşacaq.