Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 57 yaşlı çexiyalı mütəxəssis əsasən müdafiə olunmağı üstün tutduqlarını bildirib:
"Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi".