Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında sərbəst güləş üzrə yarışa yekun vurulub.
Fanat.Az xəbər verir ki, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında 7 güləşçiylə mundialda iştirak edən millinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) dünya çempionu olublar. Zirəddin Bayramov (65 kq) isə gümüş medal qazanıb.
Komanda hesabında 100 xal toplayan yığmamız İran (159), ABŞ (132) və Hindistandan (112) geri qalaraq dördüncü olub. Medalların əyarına görə isə komandamız İran və ABŞ-dan sonra 3-cü nəticə göstərib.
Bu yarışda "sərbəstlər" həm 4 illik qızıl medal həsrətinə son qoyub, həm də son 7 ildə ilk dəfə U-20 yaş qrupunda güləşin bu növündə iki dünya çempionumuz olub.