Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"la qolsuz bərabərliyə razılaşan "Viktoriya"nın kapitanı Lukaş Heyda formasını geyindiyi Plzen təmsilçisinin rəsmi saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, sarı vərəqə limiti dolduğu üçün cavab matçında meydana çıxmayacaq futbolçu belə danışıb:
"Hücum edib "Qarabağ"ı cəzalandırmaq istəyirdik. Birinci hissədə qol epizodlarımız olsa da, ikinci yarıda rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədik. İstənilən halda, yaxşı müdafiə olunduq. Bu üzdən qolsuz heç-heçəni qəbul edirik. Əlbəttə, evdəki matçda meydana çıxa bilməyəcəyim üçün üzgünəm. Ancaq inanıram ki, uşaqlar işlərinin öhdəsindən gələcəklər".
Qeyd edək ki, Çexiyadakı cavab matçı avqustun 23-də keçiriləcək.
Nihat