Almaniyanın Qərb Regional Liqasında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, son vaxtlar Azərbaycan millisinə dəvət almayan Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu tu səfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb.
Oyun qolsuz bərabərliklə başa çatıb.
Rüfət meydana start "11-lik"də çıxıb və sonadək oynayıb. O, 80-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Şalke”nin ikinci komandası hazırda 7 xalla 18 komanda arasında 10-cu pillədə qərarlaşıb.