17:41 24.06.2013 887

Rəşad Sadıqov: ""Metallurq"la qarşılaşmaq istəməzdik"

“Qarabağ”la birgə Türkiyədə təlim-məşq toplanışında olan komandanın kapitanı Rəşad Sadıqov Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimindən sonra Qol.Az saytının suallarını cavablandırıb.

- Püşkatmanın nəticəsinə görə Avroliqanın ilk təsnifat mərhələsində sizə yaxşı tanış olan Makedoniya “Metallurq”una rəqib oldunuz.

- Düzü, “Metallurq”la qarşılaşmaq istəməzdik. Çünki rəqib bizi yaxşı tanıyr. İlk oyunda 4:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bizə çətin anlar yaşatmışdılar. Hesab 2:0 olarkən rəqin bir neçə yaxşı qol imkanından istifadə edə bilmədi. Məncə, yarışa hardasa belə komanda ilə başlamaq da yaxşıdır. 10 gün vaxtımız var. Yaxşı hazırlaşmalıyıq. Çünki komanda ideal formada deyil.

- “Metallurq”u çətin rəqib saymaq olar?

- Çətin yox, narahat rəqib deyərdim. Gürcüstan, Malta, Farer adaları kimi ölkələrin klubları ilə müqayisədə narahat rəqibdir.

-  2010/11 mövsümündə “Metallurq”u inamlı qələbə ilə keçə bildiniz. İndi necə, komandanız həmin gücə qadirdir?

- “Metallurq” çox inadkar komandadır. Yadımdadır, hətta hesab 4:1 bizim xeyrimizə olanda təslim olmurdular. Bilirik ki, indi də onlarla oyun rahat olmayacaq. Qarşıdakı iki doxsan dəqiqəyə ciddi hazırlaşmalıyıq. Komandamız məşqlərini davam etdirir. Çalışırıq ki, ideal formada olaq və əvvəlki illərdəki uğurların ardını gətirək.

- Bu mövsüm Avroliqadakı hədəfləriniz nədir?

- Hazırda hədəfimiz “Metallurq” səddini keçməkdir. Ondan sonra başqa hədəfimiz olacaq.

- Komandanızın durumu necədir?

- Dediyim kimi, ideal formada deyilik. Bir çox futbolçunun durumu ürəkaçan saymaq olmaz. Legionerlərimiz komandaya təzə qoşulub. Milli üzvləri məşqlərə gec başlayıb.

- Dizindən əməliyyat olunumuşdun. Hazırda durumun necədir?

- Bir az ağrılarım var. Ancaq komanda ilə məşq edirəm.

- Yeni transferlər özlərini necə göstərir?

- Çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Komandaya kömək edə biləcək futbolçulardır. Ancaq hələ tam forma yığmayıblar. Komandaya gec qoşulublar. Ona görə də onlara vaxt lazımdır.

- Adətən, təzə vaxtlarda yeni transferlər komanandaya uyğunlaşmaqda çətinlik çəkir. Leroy Corc və Nikoloz Gelaşvili  “Metallurq”la oyuna hazır ola biləcək?

- Birinci yox, amma ikinci mərhələyə hazır ola bilərlər.

- Yeni transferlər gözlənilir?

- Elə görsənir ki, 1-2 transfer olunacaq.

- Yəqin komandaya hücumçu gətirilər.

- Hücumçu olmasa da, hücumameyilli futbolçular cəlb olunacaq.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X