12:43 22.08.2022 3812

"Qarabağ"ı şərh edənlərin proqnozu

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah Çexiyada "Viktoriya"nın (Plzen) qonağı olacaq. 

Bakıda qolsuz bərabərliklə başa çatan görüşün Plzendə daha gərgin keçəcəyi aydın məsələdir. 

Fanat.Az olaraq matçla bağlı sorğu keçirdik. Ancaq bu dəfə respondentlərimiz mütəxəssis və azarkeşlər yox, şərhçilərdir. 

Bu mövsüm "Qarabağ"ın Çempionlar Liqası oyunlarını Pərviz Musayev, Şəmsəddin Abbasov, Rüstəm Əfsərli, Elnur Məmmədli Ramiz Mirzəzadə şərh edib. 

Ağdam təmsilçisinin turnirdə keçirdiyi görüşləri izləmiş, keçmiş oyunlarına bələd biri olaraq onların "Viktoriya" ilə cavab matçından nə gözlədikləri maraqlıdır. Bunu nəzərə alaraq tanınmış şərhçilərin "Viktoriya" - "Qarabağ" oyununa proqnozlarını öyrəndik. 

Fanat.Az-a danışan "CBC Sport" telekanalının əməkdaşları "Qarabağ"ın Çexiya çempionuna qarşı ilk mübarizəsini dəyərləndirib cavab görüşündən nə gözlədiklərini bölüşdülər. 

Pərviz Musayev: "Qarabağ"ın iki oyununu - "Sürix"lə Bakıdakı matçı (2:2) və "Ferentsvaroş"la səfər qarşılaşmasını (3:1) şərh etmişəm. "Viktoriya"ya qarşı ilk görüşlə bağlı onu deyə bilərəm ki, Çexiya çempionu oyun üslubuna görə əvvəlki rəqiblərdən fərqlənir. Bu komandanın "Qarabağ"a tərs olan oyun tərzi var. Müdafiəyə diqqət ayıran, kompakt, səliqəli, sistemli futbol oynayan komandadır. Bu baxımdan "Qarabağ"a qol vurmağa imkan verilmədi. İlk oyun əslində qrupa çıxacağımıza ümid yaradır. Şanlarımız aşağı deyil. Kifayət qədər şansımız var. Sadəcə, bizim işimizin xeyrinə olan durum odur ki, Qurban Qurbanovun komandası ilk oyunda çətinlik çəksə belə, cavab matçı üçün rəqibi daha yaxşı analiz edib. Ancaq məlum məsələdir ki, rəqib də bizi analız edib.

Əksəriyyət düşünür ki, "Viktoriya" öz meydanında fərqli oynayacaq, hücumda oynamağa çalışacaq, açıq futbola gedəcəklər, bu da "Qarabağ"ın oyununu asanlaşdıracaq. Ancaq mən belə düşünmürəm. Təbii ki, bu mənim şəxsi fikrimdir. Ancaq nə dərəcədə doğru, ya səhv düşündüyümü oyun göstərəcək. "Viktoriya" "Qarabağ"ın açıq futbol sərgiləyən komandalara qarşı daha rahat oynadığını bilə-bilə bu riskə getməyəcək. Onlar yenə səliqəli oynamağa çalışacaq, əlavə vaxt, hətta penaltilər seriyasını nəzərə alacaqlar. Cavab qarşılaşmasında da Bakıdakı oyununun ssenarisinin olacağını ehtimal edirəm. Şərh etdiyim hər iki oyundan əvvəl sosial şəbəkə hesabımda "Yaxşı olacaq" yazmışdım. Bu dəfə isə sonluğu belə deyirəm: "Çətin olacaq, amma yaxşı olacaq!"

Şəmsəddin Abbasov: "Viktoriya"ya qarşı ilk oyun onu göstərdi ki, bu mövsüm "Qarabağ"ın qarşısına çıxan ən ciddi, ağır rəqibdir. Komanda bir neçə ildir avrokuboklarda 1/4 final mərhələsinə qədər irəliləyir. Ötən il Konfrans Liqasının 1/4 finalına qədər gəlmişdi. Çox intizamlı müdafiəyə malikdirlər. Kompakt müdafiə olunurlar. İkinci hissədə əvəzetmələrindən gördük ki, heyətləri kifayət qədər genişdir.  Ağır, "Qarabağ"ın oyun tərzinə uyğun olmayan rəqibdir. Yaxşı ki, "Qarabağ"ın belə rəqibə qarşı bir neçə epizodu oldu. "Viktoriya" da fərqlənə bilərdi. Bakıdakı heç-heçə cavab oyunu ərəfəsində pis nəticə sayılmır. Çünki cavab matçında yerli azarkeşlərin təsiri altında "Viktoriya" hücuma atılmalıdır. Bəlkə də boşluqlar verəcək, amma buna bir o qədər də böyük inam yoxdur. Çünki bir daha qeyd edim ki, çox intizamlı komandadır. Hər kəs meydanda nə etməli olduğunu bilir. Komanda şəklində oynayırlar. Fikir verdinizsə, bu komandada hansısa oyunçunu fərqləndirmək olmur. Amma komanda oyunu yüksəkdir. Bu isə onların böyük gücüdür. "Qarabağ" belə kompakt müdafiə olunan komandalara qarşı həmişə çətinlik çəkib. Bizi çox gözəl analiz etmişdilər. Uzun müddətdir Zubiri belə zəif, belə "dişsiz" görməmişdik. Bu da rəqibin "Qarabağ"ın oyununu yaxşı təhlil etməsindən irəli gəlir. Kadi nəsə etməyə çalışırdı, ancaq bunlar yalnız cəhd olaraq qaldı.

"Qarabağ"a inanıram. Ümid edirəm ki, mərhələni keçəcək. Amma onu da başa düşməliyik ki, rəqib həddindən artıq ağır komandadır. Hətta buna qədər bütün avrokubok yarışlarının pley-offlarında "Qarabağ"ın qarşısında olan ən ciddi, ən ağır maneədir. Nədənsə elə belə düşünürəm ki, oyunun taleyi matçsonrası penaltilərlə həll olunacaq və "Qarabağ" yekunda çox böyük çətinliklə də olsa, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Rəqib zəif rəqib deyil. Baxmayaraq ki, "Qarabağ" böyük komandalarla üz-üzə gəlib, "Vikttoriya" o sırada duracaq bir komandadır. Çünki olduqca gözəl, maraqlı, intizamlı futbol oynayır. Uğurlar "Qarabağ"ımıza! İnanıram ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində olacaq".

Rüstəm Əfsərli: "Bu mövsüm bütün klublarımızın həm səfər, həm ev oyunlarını canlı və ya videoyazısını 90 dəqiqə izləmiş, hətta bir neçəsini şərh etmiş biri olaraq deyə bilərəm ki, nəinki "Qarabağ"a, avrokuboklarda klublarımıza rəqib olan komandalar arasında "Viktoriya"dan daha güclüsü olmayıb. İsveçrə çempionu "Sürix"in, Stanislav Çerçesovun rəhbərlik etiyi "Fehentsvaroş"un da adı çox möhkəm gələ bilər. "Qarabağ"ın hər iki komandaya qarşı çətinliklərini gördük. Amma "Viktoriya Plzen"dən daha güclüsünü görmədim. Hətta 32 min azarkeşin möhtəşəm dəstəyinə, "Qarabağ"ın avorkuboklarda çıxışları ilə ildən-ilə artırmasına baxmayaraq, "Viktoriya" çox möhkəm təsir bağışladı. Çempionumuza ən güclü tərəflərini göstərməyə imkan vermədi. Çox çətin rəqibdir. Hər şeydən əvvəl çox intizamlı, fiziki çəhətdən çox güclü komandadır. Nə etmək istədiyini, nə etdiyini bilir. Hiss olunur ki, baş məşqçi "Qarabağ"ı yaxşı analiz edib.

Düşünürəm ki, "Qarabağ" "Viktoriya"ya qarşı ilk matçda bu mövsümün ən yaxşı oyunlarından birini keçirtdi. Biraz qəribə səslənə bilər. Ki, qalib gələ bilmədilər, qol vura bilməlidər. Amma Ağdam təmsilçisi bu mövsüm ən yaxşı oyunlarından birini oynadı. Sadəcə, rəqiblə müqayisədə azarkeşlərə elə gəlir ki, "Qarabağ" yaxşı oynamadı. Ancaq əksinə, mən düşünürəm ki, çox yaxşı oyun sərgilədilər. Çox güclü rəqibə demək olar ki, qol şansı vermədi. Düzdür, "Qarabağ" əvvəlki oyunlarla müqayisədə evdə daha az qol vəziyyəti yaratdı. Amma bütün bunları rəqibin gücü ilə bağlamaq lazımdır.

Cavab oyunu ərəfəsində proqnoz vermək çox çətindir. Ümumiyyətlə, avrokuboklarda, xüsusilə də Çempionlar Liqasının pley-off mərhələsində hansısa komandananın üstünlüyündən söz açmaq absurddur. Üstəlik, qarşımızda Çexiya çempionu var. Çexiya çempionatının da, klublarının da sabit səviyyəni qoruduğunu nəzərə almaq lazımdır. "Viktoriya" ötən mövsüm avrokuboklarda çox ciddi nəticələrə imza atan, "Slaviya" və "Sparta Praqa"nı Çexiya çempionatında qabaqlayan komandadır. Ən azı bunlara görə bu komandaya hörmətlə yanaşmalıyıq. Əminəm ki, "Qarabağ" da bunu başa düşür. Amma aşırı hörmət müəyyən mənada qorxuya, çəkinməyə gətirib çıxaracaq. Əminəm ki, "Qarabağ"ın və baş məşqçisinin avrokubok təcrübələri bu əngəlləri aşmağa kömək edəcək. Cavab matçına proqnozum "Qarabağ"ın mərhələ adlamasıdır. Ancaq bunu 90 dəqiqə ərzində etməsi çətin görünür. Ola bilər ki, Plzendə oyun uzansın, əlavə vaxta getsin, penaltilər seriyası da istisna deyil. Amma bizi ümidləndirən məqam "Qarabağ"ın ilk oyunlarda rəqiblərini tanıdıqdan sonra ikinci matçda daha yaxşı təsir bağışlamasıdır. Fikrimcə, bütün Azərbaycanın futbol ictimaiyyəti kimi, hər birimiz "Qarabağ"a inanmalı, sona qədər dəstəkləməli və onu da mütləq başa düşməliyik ki, əgər mərhələ keçmək alınmasa, bu, heç bir halda, faciə olmamalıdır. "Qarabağ" onsuz da bu mövsüm Azərbaycan futbolunun nüfuzunu yüksək səviyyəyə qaldırmağı bacarıb. Yenə deyirəm, proqnozun "Qarabağ"ın mərhələ adlaması, oyunun 90 dəqiqədə həll olunmamasıdır. Amma "Qarabağ" hücum xəttindəki ustalıq səviyyəsi yüksək oyunçuların və baş məqşçi Qurban Qurbanovun vaxtında və yerində edəcəyi gedişlər sayəsində mərhələ adlayacaq".

Elnur Məmmədli: "Viktoriya" heyətinə görə taktika seçib "Qarabağ"la oyunda yaxşı müdafiə olundu. Görüşün əvvəlindəki  2-3 epizodu çıxsaq,  Azərbaycan çempionu qonaqların qapısı qarşısında ciddi təhlükə yarada bilmədi. Əslində, bu da gözlənilən idi, "Viktoriya" Bakıya qol buraxmamağa gəlmişdi. Amma hələ heç nə bitməyib. Bu mövsüm şahid olmuşuq ki, "Qarabağ" cavab oyunlarını daha yaxşı keçirir. Tofiq Bəhramov stadionunda ot örtüyünün bir az ağır vəziyyətdə olması da Ağdam klubunun sürətli hücumlar qurmasına mane olurdu. Lakin Çexiya təmsilçisinin "doğma divarlar arası"nda irəli atılacağını gözləmirəm. Böyük ehtimalla, onlar Bakıdakı kimi müdafiədən oynayıb topu "Qarabağ"a verəcəklər. 180 dəqiqə müdafiədə bu cür dəqiq, səhvsiz oynamaq məncə, mümkün deyil. Ona görə də rəqib hardasa səhvə yol verəcək və Qurban Qurbanovun komandası bundan maksimum istifadə etməlidir.  Nəzərə alaq ki, "Qarabağ" da 6 il əvvəlki "Qarabağ" deyil. Artıq Ağdam klubunun daha böyük təcrübəsi var və ən əsası səfərdə çox rahat oynayır. Cavab oyunu ilə bağlı nikbinəm və ümid edirəm ki, "Qarabağ"ı Çempionlar Liqasının qrupunda görəcəyik".

Qeyd edək ki, "Qarabağ"ın "Viktoriya" ilə ilk matçını şərh edən Ramiz Mirzəzadə sorğumuza cavab bildirmədi. 

Xatırladaq ki, avqustun 23-də "Dusan Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X