"Viktoriya"nın sabiq baş məşqçisi Karel Kreyçi Çexiya çempionunun Plzendə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, 53 yaşlı çalışdırıcı fikirlərini "iSport"a bölüşüb:
"Qarabağ" güclü, hörmətəlayiq rəqibdir. Rəqibin baş məşqçisi Qurban Qurbanov uzun illərdir oradadır. "Qarabağ" evdə və səfərdə eyni üslubda oynamağa çalışır.
"Viktoriya" dolu tribunalar önündə çıxış edəcək. Cəzalı durumda olan kapitan Lukaş Heydanın rolunu başqa oyunçu öz üzərinə götürməlidir. Çexiya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün hər şeyə sahibdir. Komanda ev amilindən, standart vəziyyətlərdən mütləq yararlanmalıdır. "Viktoriya" səfərdəki ilk görüşdə də yaxşı təsir bağışlamışdı".
Bu gün "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk oyun qolsuz bərabərliklə bitib.
Nihat