"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Çexiya "Viktoriya"sına (Plzen) 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra "CBC Sport"a danışan Ağdam təmsilçisinin futbolçusu Bəhlül Mustafazadə oyunu dəyərləndirib:
"Yaxşı mübarizə apardıq. Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklində vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.