Şotlandiyalı velosipedçi Reb Uordell qəflətən dünyasını dəyişib.
Fanat.Az Britaniya Velosiped Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı idmançı yuxuda olarkən infarktdan ölüb.
İdmançı 2 gün öncə dağ velosipedi üzrə ölkə çempionatında qızıl medal qazanmışdı.
Qeyd edək ki, Uordell bu il karyerasını yenidən bərpa etmişdi.
Nihat