Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan yığması yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Məhəmməd Adıyevin baş məşqçi olduğu komanda noyabrın 20-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək.
Komanda bundan əvvəl Millətlər Liqasında sentyabrın 22-də Belarusu qəbul edəcək, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.
Qeyd edək ki, Qazaxıstan 10 xalla C Liqasının 3-cü qrupunda liderdirdirsə, 4 xalı olan təmsilçimiz 3-cü pillədə mövqe tutub.