Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Dadaşovun komandası evdə “Kaan-Marienborn”a 1:2 hesabı ilə uduzub.
Meydana start "11-lik"də çıxan millimizin forvardı 64-cü dəqiqədə əvəzlənib.
6 tura 7 xal yığan “Şalke 2" turnir cədvəlində 18 kollektiv arasında 10-cu pillədə mövqe tutub.
Nihat