Georgi Nikolov
Xronologiyanı xatırlayaq:
2007-ci ilin yayı - Bakı “İnter”i Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçirdi. 2007/2008 mövsümü – “İnter” ilk çempionluğunu qazandı.
2009-cu ilin yayı – Bakı “İnter”i Bolqarıstanın Bansko şəhərində təlim məşq toplanışı keçirdi. 2009/2010 mövsümündə “İnter” ikinci çempionluğunu qazandı.
2010-cu ilin yayı – Bakı “İnter”i Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışı keçirdi. 2011-ci ilin qışı – “İnter” Birlik Kubokunun qalibi oldu.
Sonrakı dönəm:
2022-ci ilin yayı - “Sabah” Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçirdi. 2022/2023 mövsümü - ???
Sonra nə olacağını indidən deyə bilmərik. Amma fakt budur ki, geridə qalan 4 turu maksimum nəticə ilə başa vuran “Sabah” turnir cədvəlinin lideridir. Korrelyasiya dərhal nəzərə çarpır...
Əziz qonağımıza Azərbaycan çempionatında uğurlar arzulayıram. Siz isə məni qeyri-ixtiyari reklama görə üzürlü sayın.
Yeri gəlmişkən, hamıya aydın olması üçün deyim ki, korrelyasiya iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir.
Eksklüziv olaraq Fanat.Az üçün