17:26 29.08.2022 583

“Sabah” şərikini "taxtdan saldı" – Tura baxış

Gözlənilən an yetişdi. Misli Premyer Liqasında vahid liderin müəyyənləşməsini nəzərdə tuturam. 

4-cü turda “Qəbələ”ni səfərdə məğlub edən “Sabah” təkbaşına taxta oturdu. Masazır təmsilçisi təkcə xal ehtiyatına görə rəqiblərini qabaqlamır. Murad Musayevin çalışdırdığı komanda həm də rəqiblərini inamla üstələyir, hər kəsə meydan oxumağı bacarır...

“Sumqayıt” – “Turan Tovuz” 0:0 

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 14. Elvin Bədəlov, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 37. Alya Ture
Baş məşqçi: Aleksey Baqa
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 19. Runi Eva, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov

Ayxan Abbasov Sumqayıtdan 1 xalla və incik ayrıldı. Səfər qarşılaşmasında uduzmamaq “Turan Tovuz” üçün heç də pis nəticə sayılmamalıdır. Özü də bu qarşılaşma Ayxan Abbasov üçün yetərincə prinsipial sayılırdı. Gənc çalışdırıcı “Sumqayıt”ın prezidenti Riad Rəfiyevdən incikdir. Ötən mövsüm klub rəhbərinə “dəyişiklik lazımdır” deyən Abbasov özü işini itirmişdi. Rəfiyev “Sumqayıt”dakı dəyişikliklərə baş məşqçini qovmaqla başlamışdı. O zamandan bəri “Sumqayıt”ın işləri qaydasında getmir. 

Aleksey Baqa ötən mövsümdən komandanın başındadır, amma hələ də “Sumqayıt”ın nəticələri ürəkaçan deyil. Bu mövsüm çıxdığı oyunların heç birində “Sumqayıt” qol hesabını aça bilməyib. İki qolsuz bərabərlik isə zəif təsəllidən başqa bir şey deyil.
Ayxan Abbasov Sumqayıtdan xalla dönsə də, azarkeşlərin onu alqışlamaması çalışdırıcını incidib. Hər halda bizdə azarkeşlik mədəniyyətinin tam formalaşmadığını nəzərə alanda, bu hala təəccüblənməyə dəyməz. Gənc mütəxəssis belə məqamlara çox da diqqət ayırmadan yoluna davam etməlidir. Hər halda bu gün üçün onun çalışdırdığı “Turan Tovuz” yaxşı vəziyyətdədir və əyalət təmsilçində “Sumqayıt”dan fərqli olaraq məşqçi işi görünür. 

Aktivində 4 xal olan Tovuz təmsilçisi 6-cı pillədədi. Cəmi iki xalı olan “Sumqayıt” isə düz yeddi komandaya aşağıdan yuxarı baxır.

“Neftçi” – “Zirə” 2:1
Qollar:
Qodsvey Donyo, 13. Azər Əliyev, 77. - Hamidu Keyta, 52 – p.

“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 4. Solomon Kverkveliya, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf 

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Zirə”nin uğursuz günləri davam edir. İlk turda “Kəpəz”i çətinliklə məğlub edən qəsəbə təmsilçisi “Neftçi”yə ciddi müqavimət göstərsə də, “Bakcell Arena”da xalsız qaldı. Rəşad Sadıqovun komandası 13-cü dəqiqədə Donyonun qoluna üzülmüş, Keytanın iki cəhddə yerinə yetirdiyi penalti zərbəsiylə isə bərabərliyi yaxalamışdı. Bir xal səfərdə oynayan “Zirə” üçün pis nəticə sayılmasa da, Azər Əliyevin 77-ci dəqiqədə vurduğu qol bu zəif təsəllini də qonaqların əlindən aldı.

“Neftçi” isə evində məğlubedilməzdir. Bu mövsüm doğma meydanda yaxşı təsir bağışlayan “ağ-qaralar” səfərdəki nəticələrini də yaxşılaşdıra bilsə, azarkeşlərini daha çox sevindirməyi bacarar. Prinsipcə, “Neftçi” zəif görünmür və turdan-tura daha yaxşı oynayır. Görünən odur ki, komandanın müəyyən zamana ehtiyacı var. Qazandığı üç qələbə sayəsində “Neftçi” 9 xal toplayıb. Bu xal ehtiyatı paytaxt təmsilçisinə liderlər qrupunda yer almağa imkan verir. Yalnız top fərqinə görə komanda 4-cü sırada qərarlaşıb. 
“Zirə” isə 4 xalla 7-ci yerdədi.

“Səbail” – “Kəpəz” 4:1
Qollar:
Qoba Zakpa, 51. Franko Mazurek, 55, Ağabala Ramazanov, 74, 90+4 - Əfran İsmayılov, 11.
Qırmızı vərəqə: Rauf Əliyev, 70, Tural Axundov, 90+3.

“Səbail”: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov (k), 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 72. Emin Zamanov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 27. Emil Martinov, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.

“Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 22. Əfran İsmayılov, 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 10. Əli Səmədov, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə. 

4-cü tur “Səbail” üçün də əlamətdar oldu. Bayıl komandası bu tur ilk qələbəsini “Kəpəz” üzərində qazandı. “Kəpəz”in gəncəli Mahmud Qurbanov üçün heç də yad komanda olmadığını nəzərə alsaq, bu görüşü prinsipial adlandırmaq da mümkündür. Heç də təsadüfi deyil ki, oyundan sonra “Səbail” in baş məşqçisi elitada ilk qələbəsini Gəncə təmsilçisi üzərində qazanmasına görə üzgün olduğunu gizlətməmişdi. 

Maraqlıdır ki, oyundan öncə “Kəpəz”in futbolçusu Əfran İsmayılov mətbuata açıqlama vermiş, oynamadığı üçün Yaşar Vahabzadədən narazılığını dilə gətirmişdi. Çalışdırıcı bu dəfə ona start heyətdə yer verdi və İsmayılov gözəl zərbə ilə hesabı açdı. Amma bundan sonrası “Kəzəz” üçün əsl kabusa çevrildi. İki futbolçusu meydandan qovulan qonaq komanda qapısından da 4 qol buraxdı. 

1:4 hesablı yenilgidən sonra Yaşar Vahabzadənin istefası yenidən gündəmə gəldi. Düzdür, mən bu sətirləri qələmə alanadək bu barədə rəsmi açıqlama verilməyib. Amma görünən odur ki, ilk 4 turda xalsız qalan “Kəpəz” mövsümün ilk baş məşqçi dəyişikliyini həyata keçirən klub olacaq. (Bu gün gönürta saatlarında Gəncə klubu Yaşar Vahabzadəni istefaya göndərib-red). 

“Səbail”in isə 4 xalı var və “dənizçilər” özlərini beşinci pillədə rahat hiss edirlər.

“Qarabağ” – “Şamaxı” 4:0
Qollar: Kvabena Ovusu, 36, Leandro Andrade, 54, Ramil Şeydayev, 64, 72

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 30. Abbas Hüseynov (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 20. Kadi Borges.
Baş məşqçi: Qurban Qurbanov.

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov.
Baş məşqçi: Vüqar Əsgərli.

“Şamaxı”ının “Qarabağ”a uduzacağını hamı gözləyirdi. Tək sual “köhlən atlar”ın rəqibə neçə qol vuracağı idi. 90 dəqiqənin sonunda tabloda 4:0 hesabı öz əksini tapdı. Heç mübaliğəsiz demək olar ki, bu hesab belə qüvvələr nisbətini tam əks etdirmir. Deməli, “Şamaxı” “Azərsun Arena”dan “yaxşı hesabla” ayrılmasıyla təskinlik tapa bilər. Qurban Qurbanov əsas heyəti meydana buraxsaydı, hesab ikirəqəmli də ola bilərdi. “Şamaxı”ya qarşı ilk dəqiqələrdən mübarizə aparanlardan yalnız Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-offunda “Viktoriya”ya qarşı meydana çıxmışdı.

Oyunda “qol pərdəsi”ni Ovusu açdı və onun qolu sayəsində “Qarabağ” fasiləyə minimal üstünlüklə yollandı. 54-cü dəqiqədə Leandro Anderade hesabı artırdı. Səkkiz dəqiqəyə “dubl” edən Ramil Şeydayev isə yekun hesabı müəyyənləşdirdi. Yeri gəlmişkən, bu qollar sayəsində hücumçu bombardirlər yarışında ilk pilləyə yüksəldi. İlk 4 turda Şeydayev dörd dəfə fərqlənməyi bacarıb.

“Turan Tovuz”la oyunu təxirə salınan “Qarabağ” 9 xalla 2-ci sıradadı. Qazandığı 1 xalla təsəlli tapan “Şamaxı” isə 9-cu sırada qərarlaşıb.

“Qəbələ” – “Sabah” 0:2
Qollar: Davit Volkov, 48. Coy Lens Mikels,64

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

Bu komandaların görüşü maraqla gözlənilirdi. Məsələ ondadır ki, ilk üç turda yüz faizlik nəticə göstərən “Sabah”la “Qəbələ” turnir cədvəlinin liderləri idi. Kimin daha güclü olması isə Qəbələdəki görüşdə müəyyənləşəcəkdi. Çoxları bu görüşün heç-heçə ilə bitəcəyini düşünürdü. Amma ilk yarıda kəşfiyyat aparan “Sabah” fasilədən sonra rəqibin qapısına yol tapdı. Özü də bunu iki dəfə bacardı. Bu qələbəylə “Sabah” həm də “Qəbələ”ni taxtdan salmış oldu. Artıq Misli Premyer Liqasında turnir cədvəlinə “Sabah” liderlik edir. Çempionatın lideri keçirdiyi bütün görüşlərdə qələbə qazanmağı bacarıb, özü də 10 dəfə rəqiblərini məyus edib. Bu da yaxşı nəticə sayılmalıdır.

“Qəbələ” bu görüşdə uduzsa da, hələ də mükafat qazanmaq şanslarını qoruyur. Özü də bu şanslar xeyli yüksəkdir. “Qırmızı-qaralar” heyətinə görə digərlərindən zəif görünə bilər. Amma artıq iki mövsümdür ki, Elmar Baxşıyev kasad heyətlə də yaxşı işlər görə bildiyini hər kəsə göstərib. Əyalət təmsilçisi hal-hazırda 9 xalla 3-cü pillədədir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X