"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" I mərhələdə Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək.
Təmsilçimiz ilk matçını səfərdə keçirəcək.
"Qəbələ" xorvatiyalıları mübarizədən kənarlaşdıracağı halda, potensial rəqibləri də müəyyənləşib. Belə ki, növbəti mərhələdə rəqib "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi olacaq.
İlk qarşılaşma səfərdə keçiriləcək.
Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, II mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.