"Barselona"nın müdafiəçisi Serjinyo Dest karyerasını başqa La Liqa klubunda davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb.
Xəbərə görə, "Vilyarreal" Kataloniya təmsilçisinin futbolçusunu icarə əsasında heyətinə qatmağı planlaşdırır. Mənbə "Barselona"nın idarəçilərinin bu təklifi nəzərdən keçirməyə hazır olduğunu və Destin şəxsi istəyinin əsas götürüləcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ millisinin üzvü 2020-ci ildə "Ayaks"dan transfer edilib. Ötən mövsüm İspaniya çempionatında 21 matça çıxan Dest 3 qol ötürməsi ilə yadda qalıb.
Nihat