Yay fasiləsində “Sumqayıt”ın vidalaşdığı müdafiəçi Höccət Haqverdi "Traktor"la problemini həll etdiyi üçün İrana qayıdıb.
Fanat.Az-a bu barədə "Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov məlumat verib:
"Höccət bir neçə günlüyünə komandamızın düşərgəsinə dönmüşdü. Onun "Traktor"da kiçik problem yararlandığı üçün keçidini rəsmiləşməmişdi. Həmin boşluqdan yararlanıb Azərbaycana gəlmişdi. Gəlib bir neçə gün qaldı, komanda yoldaşları ilə görüşdü. Necə deyərlər, həm ziyarət, həm ticarət. Problemini yoluna qoyandan sonra isə birdəfəlik yığışıb getdi. Artıq klubu onun keçidini rəsmən elan edib. Yəni heç bir problemi qalmayıb".
Qeyd edək ki, millimizin üzvü olan Höccət Haqverdi 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Sumqayıt”da çıxış edib.
Mirağa