Əsas oyunçularından birini - braziliyalı hücumçu Antonini "Mançester Yunayted"ə satan "Ayaks" "Sevilya"nın vingeri Lukas Okamposu heyətinə qatıb.
Fanat.Az Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu cari mövsümün sonunadək icarəyə götürülüb.
Anlaşmaya əsasən, "Ayaks"ın 2023-cü ilin yayında cənubi amerikalının transfer hüquqlarına yiyələnmək hüququ da var.
Qeyd edək ki, Okampos "Sevilya"ya 2019-cu ildə "Olimpik Marsel"dən transfer olunub. 28 yaşlı futbolçu Əndəlüs klubunda ümumilikdə 135 matça çıxaraq 34 qol vurub, 15 məhsuldar ötürmə edib. Bu mövsüm İspaniya La Liqasında 3 oyun keçirən Lukas məhsuıdar göstəricilərlə diqqət çəkməyib.
Nihat