11:46 01.09.2022 497

Rəqiblərimizi tanıyaq: 12 ildə məşqçi dəyişməyən "Frayburq"

"Qarabağ" UEFA Avropa Liqasında G qrupunda "Nant", "Union Berlin" və "Olimpiakos" klubları ilə mübarizə aparacaq. 

Fanat.Az "köhlən atlar"ın rəqiblərindən biri Almaniyanın "Frayburq" klubu haqda bəzi vacib məlumatları təqdim edir: 

"Frayburq" Almaniyanın eyni adlı şəhərini təmsil edən peşəkar futbol klubudur.  Komanda 1904-cü ildə Frayburq Gimnastika Klubu kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Dünya müharibəsindən sonra komanda "Frayburq İdman Klubu" olaraq çıxışını davam etdirib.

“Frayburq” Çempionlar Liqasında iştirak etməsə də  Avropa Liqasının qrup mərhələsində Almaniyanı 3 dəfə təmsil edib. Komandanın Avrokuboklarda heç bir nailiyyəti yoxdur. 

Klubun Almaniyada ən yüksəsk nailiyyəti ötən ilki çempionatı ikinci pillədə başa vurması olub. 1994/95-ci illər mövsümündə isə Bundesliqanın 3-cüsü olmağı bacarıb.

Klub ev oyunlarını Frayburqda yerləşən Avropa Park stadionunda keçirir. 

12 ildir komandanı 57 yaşlı mütəxəssis Kristian Strayx çalışdırır. Almaniyalı baş məşqçi "Frayburq"dan başqa heç bir klubda çalışmayıb. Araşdırma göstərir ki, Ştrayxın özünəməxsus oyun üslubu yoxdur. 

Rəqibin necə oynamasından asılı olaraq müxtəlif taktiki düzülüşlərdən istifadə edən komanda ötən mövsüm bütün turnirlər daxil 22 dəfə qələbə qazanıb. 

"Sofascore" portalının verdiyi əmsallara görə cari mövsüm komandanın ən təhlükəli futbolçularını təqdim edirik: 

Viçentso Qrifo - 7,53

29 yaşlı italiyalı vinger bu mövsüm Bundesliqada artıq 3 qol vurub. Viçentso hazırda İtaliya millisinin üzvüdür və karyerası boyu yalnız almaniya klublarında oynayıb. 

Matias Ginter - 7,35

Almaniya millisinin 28 yaşlı mərkəz müdafiəçisi daha əvvəl "Borussiya Dortmund" və "Borussiya Mönhenqladbax" klublarının şərəfini qoruyub. 189 santimetr boya malik olan futbolçu standart vəziyyətlərdə xüsusilə təhlükəlidir.

Mark Flekken - 7,33

Niderlandlı qapıçı Flekken cari mövsüm Almaniya çempionatında 4 oyuna cəmi 1 top buraxıb. 194 santimetr boya malik olan qapıçı həm də Niderland millisinin üzvüdür.

"Frayburq"un 9 üzvü ölkəsinin milli komandasının şərəfini qoruyur.

Komandanın Almaniya bundesliqasında keçirdiyi son 4 oyun: 

Auqsburq - Frayburq 0:4
Frayburq - Borussiya Dortmund 1:3
Ştutqart - Frayburq 0:1
Frayburq - Boxum 1:0 

Növbəti oyununu "Frayburq" səfərdə "Bayer Leverkuzen"ə qarşı keçirəcək.

Xatırladaq ki, "Qarabağ"ın "Frayburq"la səfər oyunu sentyabrın 8-i Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X