"Səbail" baxışda olan qapıçını bəyənməyib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, məşqçilər korpusunun səviyyəsindən razı qalmadığı Aleksandr Tuayevin geri göndərilməsi qərara alınıb.
Vladiqafqazdan olan 22 yaşlı qolkiperin veteran futbol mütəxəssisi Kazbek Tuayevin yaxın qohumu olduğu bildirilir.
Qeyd edək ki, gənc Tuayev karyerası ərzində "Peresvet" və "Ekspres" kimi həvəskar komandaların, həmçinin aşağı liqa təmsilçisi olan "Luk-Energiya"yla "Kolomna"nın şərəfini qoruyub. Onun sonuncu klubu Qırğızıstan "Kaqanat"ı olub. O, 2022-ci ilin əvvəlində bu komandaya keçsə də, yay fasiləsində ayrılmağı lazım bilib.
Mirağa