"Ayaks"dan "Mançester Yunayted"ə Niderland klubları tarixində rekord məbləğə - 100 milyon avroya transfer edilən Antoni keçidi rəsmən açıqlanandan sonra "qırmızı şeytanlar"ın saytına açıqlama verib.
Fanat.Az-ın məlumatıan görə, Braziliya millisinin forvardı 5+1 illik anlaşmaya imza atandan sonra belə danışıb:
"Ayaks"da Erik ten Haqın rəhbərliyi altında oynamaq mənim üçün inkişaf baxımından ideal alındı. Onun futbol fəlsəfəsi yaxşı tərəflərimin üzə çıxmasında xüsusi rol oynayır.
Ten Haqın mənə "Mançester Yunayted"dəki planları ilə bağlı dediklərindən məmnun qaldım. "Ayaks"da fantastik dönəm keçirdim. Göstərdikləri etimada görə Amsterdam klubundakı hər kəsə minnətdaram. Artıq karyeramda yeni səhifə açılır. Komanda yoldaşlarıma qoşulmaq və "Mançester Yunayted"in uğurlarında pay sahibi olmaq üçün səbirsizlənirəm".
Nihat