"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştianu Ronaldunun ən azı yanvara qədər iş yerini dəyişməyəcəyini desə də, Avropa mətbuatı bu yöndə müxtəlif informasiyalar yaymağa davam edir.
Fanat.Az xəbər verir ki, İspaniyanın nüfuzlu "Marca" nəşri Ronaldunun bu gün "Napoli"yə keçə biləcəyini açıqlayıb.
Xəbərə görə, 37 yaşlı superulduz üçün yeganə aktual variant transfer pəncərəsinin bağlanacağı tarixdə, yəni bu gün icarə əsasında "Napoli"yə keçməkdir.
Qeyd edək ki, daha öncə MY-nin futbolçularının Ronaldunun komandada qalmasını istəmədikləri bildirilmişdi.
Nihat