İspaniyanın "Sevilya" klubu rəsmi saytı vasitəsi ilə iki yeni futbolçu ilə gücləndiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Əndəlüs təmsilçisi danimarkalı hücumçu Kasper Dolberq və belçikalı yarımmüdafiəçi Adnan Yanuzay ilə müqavilə bağlayıb.
"Real Sosyedad"dan ayrılan Yanuzay heyətə azad agent statusu ilə qatılıb və müddəti 2026-cı ilin yayına qədər olan anlaşmaya qol çəkib. Dolberq isə "Nitsa"dan icarəyə götürüb.
Yeni transferlər artıq "qırmızı-ağlar"la ilk məşqə də çıxıblar.
Xatırladaq ki, cari mövsüm La Liqada 3 matç keçirən "Sevilya" cəmi 1 xal qazanıb.
Nihat