3x3 basketbol idman növü üzrə yığma komandamız qarşıdakı Avropa kubokuna hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, 9-11 sentyabr tarixlərində Avstriyanın Qrats şəhərində baş tutacaq Avropa kubokuna hazırlaşan kişilərdən ibarət 3x3 basketbol yığmamız avqust ayının 28-i Serbiyaya yola düşüb.
Təlim-məşq toplanışında iştirak edən Amil Həmzəyev, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət komandamız, Novi Sad şəhərində 3x3 Serbiya millisi və bir sıra yerli klublar ilə yoxlama oyunları keçiriblər. Yığma komandamızın Serbiyadakı təlim-məşq toplanışı 8 sentyabr tarixinə qədər davam edəcək.
Qeyd edək ki, millimiz Avropa kubokunda "D" qrupunda Niderland və Belçika komanları ilə mübarizə aparacaq.