Argentinada bu gün keçirilməli olan bütün futbol oyunları təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası "Twitter"də məlumat yayıb.
Qarşılaşmalar başqa tarixdə keçiriləcək. Bu qərar ölkənin vitse-prezidenti Kristina Fernandes de Kirşnerə qarşı sui-qəsd cəhdi ilə əlaqədar qəbul edilib.
Qeyd edək ki, Kirşner Buenos-Ayresdəki evinin qarşısında tərəfdarlarını salamlayan zaman ona tapança yönləndirilib. Lakin cinayətkar yaxalandığı üçün atəş aça bilməyib. Lakin bu hadisə yerli hökumətin bütün kütləvi tədbirləri ləğv etməsinə səbəb olub.
Mirağa