15:41 02.09.2022 607

\"Qaranı son anda gördüm və artıq gec idi\" - AÇIQLAMA

Ötən gün "Kəpəz" - "Qarabağ" (0:1) oyununun 50-ci dəqiqəsində Gəncə təmsilçisinin futbolçusu Tural Rzayev "köhlən atlar"ın yarımmüdafiəçisi Qara Qarayevə qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb. 

Rzayev Fanat.az-a açıqlamasında bu kobudluğu bilərəkdən etmədiyini bildirib:

"Əlbəttə ki, hakimin qərarı ilə razıyam. Doğru qərar idi. Təhlükəli oynadım. Bu, istəmədən oldu. Topu almaq istəyirdim. Epizoda kənardan baxdıqda daha fərqli görünür. Kimsə düşünə bilər ki, bilərəkdən etdim bunu, amma bir daha qeyd edirəm, belə bir niyyətim olmayıb. Qaranı son anda gördüm və artıq gec idi. Ayağımı yığa bilmədim. Qərardan tam olaraq razıyam və heç bir etirazım yoxdur. Komandamı azlıqda qoyduğum üçün çox məyus oldum. Bildiyiniz kimi, "Qarabağ" top-klubdur. Onlara qarşı 11 nəfərlə əziyyət çəkirsən, o ki qaldı 10 nəfərlə... Uşaqlar sağ olsunlar ki, yaxşı mübarizə apardılar. Azlıqda qalmasına baxmayaraq, komanda əlindən gələni etdi. Qaraya görə də çox pis oldum. Elə bildim ona ciddi xəsarət yetirmişəm. Sonradan məlum oldu ki, ciddi bir şey yoxdur. Onların Avropoa Liqasında oyunları var. Qara Qarayev isə komandanın açar oyunçularından biridir. Şükürlər olsun ki, ciddi bir şey yox idi. Bu, mənim futbolçu karyeramda ilk qızmızı vərəqə idi".

29 yaşlı müdafiəçi "Kəpəz"in 4 tura 3 "qırmızı" almasına da münasibət bildirib: 

"Düşünmürəm ki, komanda daxilində nəsə problem var. İntizamsızlıq göstəricisi də deyil. Bu, futboldur və belə şeylər olur. Oyun zamanı baş verən hadisələrdir. Komandamızda bu barədə qətiyyən problem yoxdur. Hər şey qaydasındadır. Kobud oynayan komanda da deyilk ki, deyim çox vərəqə alırıq. Adi oyun epizodları zamanı baş verən hallardır". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X