"Ayaks" yay transfer pəncərəsində futbolçu satışından bütün Avropa klublarından çox pul qazanıb.
Fanat.Az ESPN NL xəbər verir ki, Amsterdam təmsilçisi 216,2 milyon avro əldə edib.
İkinci yerdə 159,9 milyon avro gəlirlə İngiltərənin "Mançester Siti" klubu qərarlaşıbsa, Portuqaliya "Benfika"sı (127,3 milyon) üçüncüdür.
Ən çox qazanan 10 klubun siyahısı isə belədir:
1. "Ayaks" – 216,2 milyon avro;
2. "Mançester Siti" – 159,9 milyon;
3. "Benfika" – 127,3 milyon;
4. "Sportinq" – 119,8 milyon;
5. "Monako" – 117 milyon;
6. "Brayton" – 113,9 milyon;
7. "Lids" – 108,2 milyon;
8. "Bayern Münhen" – 104,4 milyon;
9. "Yuventus" – 103,2 milyon;
10. "Lill" - 99 milyon.