"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə Premyer Liqasının ilk 5 turunda 9 qol və 1 məhsuldar ötürmə ilə (son iki matçın hərəsində 3 qol vurub) diqqət mərkəzinə düşən Erlinq Holandın sərgilədiyi performansı sarkazmla dəyərləndirib.
Fanat.Az-ın məlumatına görə, kataloniyalı mütəxəssis "Manchester Evening News" tərəfindən ünvanlanan sualı belə cavablandırıb :
- Holand çempionatın ən yaxşılarından biri ola biləcəkmi? Norveçli hücumçunun Messi ilə müqayisə olunması xoşunuza gəlir?
- Gələcəyi görən insanlarla fəxr edirəm. Mən münəccimliyi bacarmıram. Bir ay bundan öncə Erlinqin çıxışı əsl faciə idi (İngiltərə Superkuboku uğrunda görüşdən sonra səsləndirilən tənqidləri nəzərdə tutur - red.), indi isə o, İPL-i parçalamağa hazırdır. Sabah nə olacağını deyə bilmərəm. Onun uyğunlaşmasından məmnunuq. Bu prosesin effektli alınmasında məşqçilər heyətinin və Holandın komanda yoldaşlarının da əməyi var.
Nihat