Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda VIII turun açılış oyununda "Riyeka"ya evdə qalib gəlib – 3:1.
Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbədən sonra xal sayını 22-ə çatdıran "Dinamo" liderliyini möhkəmləndirib.