"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının əvəzolunmaz futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 51 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:
“Komandada De Bruyneni əvəzləmək çox çətin olacaq. Bu mümkün deyil. Klubun skautları gərək çox diqqətlə çalışıb komandaya onun kimi futbolçu tapsınlar”.
Xatırladaq ki, De Bruyne bu mövsüm 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Emin