"Mançester Yunayted" hücumçusu Şola Şortayr ilə bağlı qərar verib.
Fanat.Az-ın məlumatına görə, futbolçu satılmayacaq.
İnformasiya "Manchester Evening News"a məxsusdur.
Xəbərə görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq Şolanın transferə çıxarılmasına razı olmayıb. O, klub rəhbərliyini futbolçunun "Mançester Yunayted"ə faydalı olacağına inandırıb.