"Liverpul"un ulduz müdafiəçisi Vircil van Deyk İngiltərə Premyer Liqasının 6-cı turunda "Everton"a qarşı keçirdikləri oyunu (0:0) şərh edib.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçunun dediklərini "BT Sport" belə çatdırıb:
"Everton" ofsayddan vurduğu üçün qeydə alınmayan qoldan başqa, bir neçə başqa fürsət də yaxaladı. Qapıçımız Alisonun iki yaxşı seyvini də qeyd etməliyəm. Məncə, bizim qələbə qazanmaq şansımız daha çox idi. Qalib gəlməliydik. İki xal itirdiyimizi düşünürəm. Soyuqqanlı olmalı və cəld hərəkət etməliydik. Bəzən bunu bacarırdıq, bəzən isə yox... Məhz bu məqam - sabitliyi qoruya bilməməyimiz bizə lazımsız problemlər yaratdı".
Nihat