İtaliya A Seriyasının 5-ci turunda səfərdə "Udineze"yə 0:4 hesabı ilə uduzan "Roma"nın baş məşqçisi Joze Mourinyu böyük hesablı yenilgini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında belə danışıb:
"Çətin rəqiblə üz-üzə gəldik. Bu komandaya qarşı görüşdə hesabda geri düşmüsənsə, deməli, başın dərddədir.
Əslində yaxşı başlamışdıq. Mənim fikrimcə, Paulo Dibala meydanın ən yaxşısı idi... Amma qapımızda qol görəndən sonra oyunun ritmini tuta bilmədik. Rəqib buna imkan vermədi. 0:4 hesabı ilə uduzmuşuqsa, hakimlərdən danışmayacam. Bu, mənim üçün qaydadır.
Əlbəttə, aldığımız yenilgi dəhşətlidir. Belə məğlubiyyət azarkeşlərimiz üçün çox üzücüdür. Ancaq bu, həyatdır. Sabah məşqimiz olacaq, cümə axşamı oyunumuz... İrəli baxmalıyıq. Bir oyunda 0:4 hesabı ilə uduzmaq dörd matçda 0:1 hesabı ilə məğlub olmaqdan yaxşıdır".
Nihat